Polşada müxalifət çoxminli yürüş keçirib
sizinxeber.az xəbər saytı

Polşada müxalifət çoxminli yürüş keçirib


Varşavada Polşanın ən böyük müxalifət partiyası “Qanun və Ədalət” (PiS) çoxminlik yürüş təşkil edib.

"Report" xəbər verir ki, bu barədə "Wiadomosci" qəzeti məlumat yayıb.

Paytaxt meriyasının məlumatına görə, Varşavaya partiya tərəfdarlarının olduğu 200 avtobus gəlib, yürüşdə iştirak edənlərin ümumi sayı isə təxminən 20 min nəfər olub. Öz növbəsində, “PiS” Partiyasından Polşa Müdafiə Nazirliyinin keçmiş rəhbəri Mariuş Blaşak mitinqdə təxminən 100 min insanın iştirak etdiyini bildirib.

Qeyd olunur ki, aksiya aprelin 18-də başlanacaq Polşa prezident seçkiləri ərəfəsində keçirilib.

Eyni zamanda, tədbir rəsmi olaraq Polşa krallığının 1000 illiyinə və Prussiya krallığının 500 illiyinə (Prussiya hersoqu Albrext Hohenzollernin Polşa kralına sədaqət andı) həsr edilib.

Yürüşdə PiS-in sədri Yaroslav Kaçinski, partiyanın prezidentliyə namizədi Karol Navroçki və fraksiyanın digər üzvləri iştirak ediblər.

Oxşar xəbərlər

Polşa müxalifəti Aİ-nin miqrasiya paktından çıxmaq üçün referendum keçirməyə çağırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşa müdafiə nazirinin müavini: Ölkə hibrid müharibə vəziyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşa Prezidenti Kiyevə səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşa “Patriot” sistemlərinə dəstək üçün ABŞ ilə 2 milyard dollarlıq müqavilə imzalayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Macarıstan səfiri Polşa XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər