Almaniyada daşqınların vurduğu ziyan 2 milyard avro qiymətləndirilir
sizinxeber.az xəbər saytı

Almaniyada daşqınların vurduğu ziyan 2 milyard avro qiymətləndirilir


Almaniyanın cənubunda daşqınlar nəticəsində dəymiş ziyan 2 milyard avro qiymətləndirilir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Berlində Almaniya Sığortaçılar Assosiasiyasının (GDV) rəhbəri Yorq Asmussen deyib.

“Bu məlumatlara yenidən baxıla bilər, çünki Dunayda suyun səviyyəsi hələ də normallaşmayıb. İndi prioritet təbii fəlakətdən zərər görənlərə mümkün qədər tez və effektiv kömək etməkdir”, - DPA agentliyi ondan sitat gətirib.

Qeyd edək ki, keçən həftə “Kvirina” siklonu Almaniyanın cənubuna leysan yağışları gətirib və bu, daşqınlara səbəb olub. Bavariya və Baden-Vürtemberqin bəzi bölgələrində sutka ərzində 1 kvadratmetrə 130 litrdən çox yağıntı düşüb. Bir neçə gündür Münxen ilə Ştutqart şəhərləri arasında dəmir yolu əlaqəsi kəsilib, Auqsburq hava limanı fəaliyyət göstərməyib. Kansler Olaf Şolts Bundestaqda çıxışı zamanı təbii fəlakət nəticəsində 6 nəfərin öldüyünü təsdiqləyib. Onun sözlərinə görə, daha 7 nəfər itkin düşmüş hesab olunur.

Oxşar xəbərlər

Aİ ölkələri bu il Ukraynaya 21 milyard avro hərbi yardım etmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində güclü külək və dolu nəticəsində 7 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avstriya Ukraynaya 2 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: “Aİ hərbi mobilliyin artırılmasına 1,7 milyard avro xərcləyib” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər