Ağ ev ABŞ və HƏMAS arasında danışıqların keçirildiyini təsdiqləyib
Ağ evin mətbuat katibi Kerolayn Livitt Vaşinqtonun HƏMAS hərəkatı ilə danışıqlar apardığını təsdiqləyib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livitt brifinqdə bəyan edib.
“Danışıqlar və müzakirələr aparılır. Mən bu əlaqələrin təfərrüatlarını açıqlamayacağam”, – o vurğulayıb.
Onun sözlərinə görə, Prezident Donald Tramp “Amerika xalqının ən yaxşı maraqları naminə bütün dünyada insanlarla dialoqu” dəstəkləyir.
“Bu, İsraillə razılaşdırılıb”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl “Axios” portalı mənbələrə istinadən Tramp administrasiyasının HƏMAS ilə Amerika girovlarının azad edilməsi və Qəzza zolağında daha geniş atəşkəs razılaşmasının bağlanması imkanları ilə bağlı qeyri-rəsmi birbaşa danışıqlar apardığını xəbər vermişdi. Trampın girovlar üzrə xüsusi elçisi Adam Beler ilə HƏMAS nümayəndələri arasında görüşlər Dohada keçirilmişdi.
Oxşar xəbərlər
KİV: ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail hökuməti Qəzzada atəşkəs sazişini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsraillə “HƏMAS” arasında danışıqlar bərpa olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp HƏMAS-dan bütün girovları buraxmasını tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail şərtlərə əməl etməsə, “HƏMAS” girovları azad etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













