Makron Qərb silahları ilə Rusiyanın hərbi hədəflərinin vurulmasını dəstəkləyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2024
23:44

Makron Qərb silahları ilə Rusiyanın hərbi hədəflərinin vurulmasını dəstəkləyib

28 may, 2024
23:44
510

Makron Qərb silahları ilə Rusiyanın hərbi hədəflərinin vurulmasını dəstəkləyib

Fransa Prezidenti Emmanuel Makron Kiyevin Rusiya ərazisindəki hərbi obyektləri Qərb silahları ilə vurmasına icazə verilməsinin tərəfdarı olduğunu bildirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Makron Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.

“Biz hesab edirik ki, onlara raketlərin buraxıldığı hərbi obyektləri və əsasən də Ukraynaya hücumların həyata keçirildiyi hərbi obyektləri zərərsizləşdirməyə icazə verməliyik. Lakin onların Rusiyadakı digər hədəfləri, açıq-aydın mülki hədəfləri və ya digər hərbi hədəfləri vurmaq hüququ olmamalıdır”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın