Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
Pezinka şəhərinin ixtisaslaşdırılmış Cinayət Məhkəməsi mayın 18-də Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsdə cəhd edən şəxslə bağlı qərar verəcək.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Slovakiyanın “Pravda” nəşri xəbər yayıb.
"Təqsirləndirilən Yuray Çintulanın həbsinə dair vəsatət qaldırılıb. Bu təkliflə bağlı qərar ixtisaslaşdırılmış cinayət məhkəməsi tərəfindən veriləcək", - Slovakiya Baş Prokurorluğunun mətbuat katibi Zuzana Drobova nəşrə bildirib.
Onun sözlərinə görə, iş qeyri-ictimai ibtidai istintaq mərhələsindədir.
Prokuror təqsirləndirilən şəxsin mümkün qaçışa görə həbs olunmasını, habelə cinayət fəaliyyətinin davam etdirilməsini tələb edir.
Onun sözlərinə görə, Yuri Çintula baş naziri yaralamağı planlaşdırırmış, guya öldürmək istəmirmiş.
Oxşar xəbərlər
Slovakiyanın Baş naziri ABŞ-la müdafiə sazişindən narazı qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fazil Mustafaya sui-qəsd işi ilə bağlı yeni xəbər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu rayonda anti-korrupsiya ƏMƏLİYYATI - Vəzifəli şəxs HƏBS EDİLDİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













