Suriya kəşfiyyatı İŞİD-in başçılarından birini həbs edib
sizinxeber.az xəbər saytı

Suriya kəşfiyyatı İŞİD-in başçılarından birini həbs edib


Suriya Ümumi Kəşfiyyat Xidməti İŞİD terror təşkilatının Əbu əl-Haris əl-İraqi ləqəbi ilə tanınan başçılarından birini həbs edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə SANA agentliyinə xüsusi xidmət orqanlarındakı mənbələr məlumat verib.

Onların məlumatına görə, əl-İraqi terror hücumlarının hazırlanmasına da cavabdeh olub.

Bundan başqa, o, Dəməşqin cənubunda yerləşən Seyyidə-Zeynəb məscidində Suriyanın yeni hakimiyyətinin təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan partlayışın təşkilatçılarından biri olub.

Qeyd edək ki, yanvarın 11-də Suriya təhlükəsizlik qüvvələri əməliyyat keçirib və nəticədə məsciddə terror aktının hazırlanmasında iştirak edən İŞİD üzvləri həbs edilib. Xüsusi xidmət orqanı “Suriyanın bütün dini icmalarına qarşı yönəlmiş cinayətkar əməllərlə mübarizədə bütün imkanlarından istifadə edəcəyinə” təminat verib.

Oxşar xəbərlər

Suriya kəşfiyyatı İŞİD liderlərindən birini həbs edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib, 6 nəfər həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İŞİD liderlərindən biri öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İraqda İŞİD-in 14 yaraqlısı öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyada terror aktı nəticəsində bir neçə hərbçi həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər