Hindistanda qatar 12 nəfəri vuraraq öldürüb
sizinxeber.az xəbər saytı

Hindistanda qatar 12 nəfəri vuraraq öldürüb


Hindistanın qərb hissəsində yerləşən Maharaştra ştatında qatarda yanğın olması barədə şayiə sərnişinlər arasında təşviş yaradıb və 12 nəfər vaqonlardan tələsik çıxarkən paralel hərəkət edən başqa qatar tərəfindən vurularaq ölüb.

“Report” PTI agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

Bildirilib ki, hadisə Mumbaydan 400 km məsafədə baş verib.

“İlkin məlumata görə, “Pushpak Express”in vaqonlarından birində qığılcım yaranıb və bəzi sərnişinlər təşvişə düşüb. Onlar təcili dayandırma zəncirini dartıblar və bəziləri relslərin üzərinə tullanıb. Həmin vaxt qonşu yolda “Karnataka Express” hərəkət edirdi”, – administrasiyadan bildirilib.

Hadisə yerinə xilasetmə qatarı göndərilib. Calqaon polis nümayəndəsi Maheşvar Reddi jurnalistlərə qatar altında 12 nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını açıqlayıb.

Oxşar xəbərlər

Hindistanda 12 nəfər sərnişin qatarının altında qalaraq həlak olub
Norveçdə sərnişin qatarı relsdən çıxıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB
Bakı metrosunda qatar nasazlıq ehtimalı ilə texniki baxışa göndərilib
Bolqarıstanda iki yük qatarı toqquşub, yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər