ABŞ ömürlük həbsə məhkum edilmiş əfqan döyüşçünü iki amerikalı ilə dəyişib
ABŞ ömürlük azadlıqdan məhrum edilmiş keçmiş əfqan döyüşçü Xan Məhəmmədi Əfqanıstanda həbsdə olan iki amerikalı ilə dəyişib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, məlumatı "Taliban" hökumətinin Xarici İşlər Nazirliyi təsdiqləyib.
ABŞ məhkəmələri tərəfindən ömürlük həbs cəzasına məhkum edilən Əfqanıstan vətəndaşı Xan Məhəmməd Kaliforniya ştatında cəza çəkirdi. O, təxminən 20 il əvvəl Əfqanıstanın Nənqərhar əyalətində həbs edilərək ABŞ-yə ekstradisiya edilmişdi.
Nazirlik Məhəmmədin iki amerikalı ilə mübadilə çərçivəsində azadlığa buraxıldığını bildirib, lakin adları açıqlamaqdan imtina edib.
ABŞ mətbuatının məlumatına görə, taliblər Rayan Korbett və Uilyam Makentia adlı iki amerikalını ötən bazar günü azad ediblər və onlar bu gün ölkələrinə göndəriliblər.
Əfqanıstanda hələ də iki ABŞ vətəndaşı qalır: keçmiş aviamexanik Corc Qlezmann və "Əl-Qaidə" lideri Ayman əz-Zəvahirinin ölümündən sonra ələ keçirilən Mahmud Həbibi.
Agentlik qeyd edir ki, əsirlərin mübadiləsinə illərlə hazırlıq gedib və keçmiş ABŞ Prezidenti Cozef Baydenin hakimiyyətdə olduğu son saatlarda baş tutub.
Oxşar xəbərlər
KİV: ABŞ və Çin ötən ay gizli məhbus mübadiləsi aparıblar
Perunun keçmiş prezidenti korrupsiyaya görə 20 il həbs cəzası alıb
Keçmiş İran rəsmisinin ömürlük həbs cəzası təsdiqləndi - FOTO
Ermənistanda 6 il davam edən məhkəmə yekunlaşıb, polis polkovniki ömürlük həbsə məhkum edilib
ABŞ Üsamə bin Ladenin silahdaşını Əfqanıstana təhvil verə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













