Trampın andiçmə mərasimində Brüsseli Aİ-nin ABŞ-dəki səfiri təmsil edəcək
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimində Brüsseli İtaliyanın Baş naziri Corciya Meloni deyil, Avropa İttifaqının ABŞ-dəki səfiri təmsil edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyu bildirib.
“Aİ-nin ABŞ-dəki səfiri andiçmə mərasimində iştirak edəcək”, - deyə o, jurnalistlərin Meloninin andiçmə mərasimində Aİ-ni təmsil edə biləcəyi ilə bağlı sualını cavablandırarkən deyib.
Trampın andiçmə mərasimi yanvarın 20-də yerli vaxtla günorta saatlarında baş tutacaq. Vaşinqtonda temperaturun mənfi 11 dərəcəyə düşəcəyi proqnozlaşdırıldığından Tramp və yeni vitse-prezident Ceyms Devid Vens andiçmə mərasimini əvvəllər planlaşdırıldığı kimi ABŞ Konqresinin binası qarşısında deyil, son 40 ildə ilk dəfə onun mərkəzi zalında keçirəcək ki, ora 1 000 nəfəri belə yerləşdirmək çətindir. Tədbir öncəsi Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib. Ağ Evə və Konqresə bitişik olan şəhər mərkəzinin çox hissəsi avtomobillərin hərəkəti üçün bağlıdır. Kapitoli təpəsi mühasirəyə alınıb, bir neçə gündür ora giriş geniş ictimaiyyət üçün yasaqdır.
Oxşar xəbərlər
BMT-nin Baş katibi Trampın andiçmə mərasimində iştirak etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ursula fon der Lyayen Trampın andiçmə mərasimində iştirak etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiyanın XİN başçısı Donald Trampın andiçmə mərasimində iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Çin liderinin Trampın andiçmə mərasimində iştirakı gözlənilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putinin andiçmə mərasimində Paşinyanın iştirak edib-etməyəcəyi bəlli deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












