Bayden yanvarın 9-nu matəm günü elan edib
ABŞ Prezidenti Cozef Bayden keçmiş dövlət başçısı Cimmi Karterin vəfatı ilə əlaqədar 9 yanvar 2025-ci il tarixini matəm günü elan edib.
“Sizinxeber.az” xəbər verir ki, bu, Ağ evin saytında dərc edilmiş qeyd olunub.
“Kədərimizi bölüşən bütün dünya insanlarını bizə qoşulmağa dəvət edirəm”, – bəyanatda deyilib. Sənədə əsasən, ölkə daxilində və xaricində dövlət müəssisələrindəki milli bayraqlar 30 gün müddətinə endiriləcək.
Daha əvvəl Amerika prezidenti “görkəmli lider, dövlət xadimi və humanist” adlandırdığı keçmiş siyasətçinin qohumlarına başsağlığı verib. Karterlə vidalaşma mərasimi Vaşinqtonda keçiriləcək.
Ağ evin seçilmiş rəhbəri Donald Tramp da başsağlığı verib. O deyib ki, “amerikalıların həyatını yaxşılaşdırmaq cəhdlərinə görə hamı Cimmi Karterə təşəkkür etməlidir”.
1977-1981-ci illərdə ABŞ-nin 39-cu prezidenti olan Cimmi Karter yüz yaşına çatan ilk Ağ Ev rəhbəri olub. Karter administrasiyasının fəaliyyəti SSRİ ilə münasibətlərin pisləşməsi ilə xarakterizə olunurdu. Səlahiyyətləri başa çatdıqdan sonra o, xeyriyyəçiliklə məşğul olub. Siyasətçi karyerası ərzində Nobel Sülh Mükafatı (2002) da daxil olmaqla bir çox mükafata layiq görülüb.
Oxşar xəbərlər
ABŞ-nin 39-cu Prezidenti Cimmi Karter vəfat edib
ABŞ-nin 100 yaşlı eks-prezidenti Karter: Seçki gününədək yaşayıb Harrisə səs verə biləcəyimə ümid edirəm
ABŞ-nin 39-cu sabiq prezidenti vəfat edib
Bayden və Tramp noyabrın 13-də Vaşinqtonda görüşəcəklər
Bayden İrana qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













