Norveç Maqdeburq terror aktından sonra təhlükəsizlik tədbirlərini gücləndirib
Norveç Maqdeburqda (Saksoniya-Anhalt federal torpağı) baş vermiş terror aktından sonra ölkənin şəhərlərində təhlükəsizlik tədbirlərini gücləndirib.
“Report” xəbər verir ki, bu barədə Milli Polis İdarəsinin nümayəndəsi Byorn Eyrik Vannvik NRK yayım korporasiyasına bildirib.
“Küçələrdə patrul xidməti gücləndirilib və potensial təhlükənin mümkün olduğu izdihamlı yerlərdə polis işçilərinin sayı artırılıb”, – o qeyd edib.
Eyrik Vannvik bunların yalnız ehtiyat tədbirləri olduğunu vurğulayıb.
“Ölkədəki vəziyyət dəyişməyib və onun dəyişəcəyini göstərən heç nə yoxdur”, – o əlavə edib.
Xatırladaq ki, dekabrın 20-də avtomobil sürücüsü Almaniyanın Maqdeburq şəhərində (Saksoniya-Anhalt federal torpağı) Milad yarmarkasının ziyarətçilərinin üzərinə sürüb. Hadisə nəticəsində 5 nəfər həlak olub, 205 nəfər xəsarət alıb. Ehtimal edilən suçlu Talib Əbdülmöhsəndir. O, sosial şəbəkələrdəki paylaşımlarında Almaniyadan “suriyalı cihadçılara” sığınacaq verdiyinə və guya “Avropanı islamlaşdırmaq istədiyinə” görə qisas alacağı ilə hədələyib.
Oxşar xəbərlər
Niderlandda Almaniyadakı terror aktından sonra “açıq sərhədlərə son qoymağa” çağırış edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maqdeburqda Milad yarmarkasında avtomobilin izdihamın üzərinə sürməsi nəticəsində beş nəfər ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Norveçdə təhlükəsizlik tədbirləri gücləndirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Norveçdə terror təhlükəsi səviyyəsi artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyada terror aktı nəticəsində dörd nəfər ölüb, yaralıların sayı 200-ə çatıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












