İsrail Müdafiə Ordusu: Avtobusa atəş açan terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İsrail Müdafiə Ordusu: Avtobusa atəş açan terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub - YENİLƏNİB


İordan çayının qərb sahilində El-Hader şəhəri ərazisində avtobusa silahlı hücum edən terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

“Report” İsrail Müdafiə Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, İsrail Müdafiə Qüvvələri, polis və ŞABAK-ın birgə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Əməliyyatın gedişatı və saxlanılan şəxsin kimliyi barədə təfərrüatlar hələ açıqlanmır.

10:18

İordan çayının qərb sahilində naməlum şəxsin avtobusa atəş açması nəticəsində bir uşaq həlak olub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsrail təcili yardım xidməti məlumat yayıb.

Qeyd olunub ki, hücum nəticəsində ən azı dörd nəfər yaralanıb.

İsrail qüvvələrinin atəş açan şəxsi təqib etdiyi, blokpostlar qurduğu və Beytləhm şəhəri yaxınlığındakı ərazini mühasirəyə aldığı bildirilib.

Oxşar xəbərlər

İsrail ordusu İordan çayının qərb sahilində iki terrorçunu zərərsizləşdirib
İsrail Orsusu: İordan çayının qərb sahilində bir neçə radikal zərərsizləşdirilib
İsrail İordan çayının qərb sahilində terrorçuluqda şübhəli bilinən 45 nəfəri saxlayıb
Yüzlərlə İsrail hərbçisi İordan çayının qərb sahilindəki əməliyyatda iştirak edir
İsrail ordusu İordan çayının qərb sahilində 4,7 min fələstinlini həbs edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər