Tbilisidəki mitinqdə etirazçıların kütləvi həbsinə başlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları parlament binası qarşısında Tbilisidə etiraz aksiyası iştirakçılarını kütləvi şəkildə saxlamağa başlayıblar.
Bu barədə “Report” yerli KİV-ə istinadən xəbər verir.
Saxlanılmalar barədə qərar etirazçıların parlament qarşısında səfərbər edilmiş hüquq-mühafizə orqanları əməkdaşlarına bir neçə dəfə pirotexnika atmasından sonra qəbul edilib. Saxlanılmalardan sonra insanlar qaçmağa başlayıb və binanın qarşısındakı meydanı tərk ediblər.
Xüsusi təyinatlılar artıq etirazçıları parlamentə bitişik ərazidən çıxarıb və Rustaveli prospektində kordon düzüblər. Güc strukturları bir neçə dəfə su şırnağından istifadə ediblər.
Həmçinin xüsusi təyinatlıların kordonu Rustaveli prospektinin digər ucunda Respublika meydanında düzülüb, adətən xüsusi təyinatlılar etirazçıları həmin istiqamətə sıxışdırırlar.
Oxşar xəbərlər
Xüsusi təyinatlılar Tbilisinin mərkəzində etirazçıları sıxışdırmağa başlayıb
Tbilisidə polis parlamentin qarşısındakı meydanı etirazçılardan təmizləməyə başlayıb
Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentdən uzaqlaşdırmağa başlayıb
Tbilisidə parlament qarşısında növbəti aksiya başlayıb
Gürcüstanda aksiyanın keçirildiyi əraziyə xüsusi təyinatlı polis dəstəsi cəlb edilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













