Mariya Zaxarova: ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirəcəyi halda Rusiya adekvat addımlar atacaq
ABŞ-nin Yaponiya ərazisində ortamənzilli raketlər yerləşdirməsi Rusiyanı öz müdafiə qabiliyyətini gücləndirmək üçün addımlar atmağa məcbur edəcək və bu addımlar nüvə doktrinasının yenilənmiş müddəalarına uyğun olacaq.
“Sizinxeber.az” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə ABŞ və Yaponiyanın Tayvan ətrafında böhran halında Yaponiyanın Nansey adalarında və Filippində Amerika raket bölmələri yerləşdirə biləcəyi barədə Yaponiya mətbuatının yaydığı məlumatları belə şərh edib.
"Asiya-Sakit okean regionunda Amerika raketlərinin yerləşdirilməsi orada sabitliyin qorunmasına kömək etmir, yalnız silahlanma yarışını qızışdırır, münaqişə səviyyəsini artırır və strateji risklərin artmasına səbəb olur. Biz Yaponiya tərəfini dəfələrlə xəbərdar etmişik ki, əgər belə əməkdaşlıq nəticəsində onun ərazisində ABŞ-nin orta mənzilli raketləri yerləşdirilərsə, bu, ölkəmizin təhlükəsizliyinə real təhdid yaradacaq və biz öz müdafiə qabiliyyətimizi gücləndirmək üçün zəruri adekvat addımlar atmağa məcbur olacağıq", - o vurğulayıb.
Oxşar xəbərlər
KİV: ABŞ və Yaponiya Tayvan bölgəsində əməliyyatlar planı hazırlayır
Zaxarova: Qərbin destruktiv siyasəti nüvə təhlükəsi səviyyəsini ciddi şəkildə artırıb
Mariya Zaxarova: XİN başçılarının “3+3” formatında növbəti görüşünə hazırlıq gedir
Rusiya ABŞ-la keçirdiyi hərbi təlimlərə görə Yaponiyaya etiraz edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
