ECOWAS Seneqalda prezident seçkilərinin ertələnməsindən narahatlığını bildirib
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Seneqalda prezident seçkilərinin ertələnməsindən narahatdır və ədalətli və şəffaf səsverməni təmin etmək üçün ölkə siyasətçilərini dialoqa çağırır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ECOWAS Komissiyasının Qərbi Afrika ölkələrinin ən böyük regional təşkilatının rəsmi portalında dərc olunmuş kommünikesində deyilir.
ECOWAS həmçinin Seneqalın hazırkı prezidenti Maki Salın qarşıdan gələn seçkilərdə namizəd kimi iştirak etməmək qərarına sadiqliyini alqışlayıb.
Xatırladaq ki, şənbə günü televiziya ilə xalqa müraciətində Maki Sal əvvəl fevralın 25-nə təyin edilmiş prezident seçkilərini təxirə saldığını açıqladı. O, qərarının əsas səbəbi kimi “namizədlərlə bağlı qarışıqlığı” göstərib. Yeni seçki tarixi hələ açıqlanmayıb. Prezident seçkilərdən əvvəl “milli dialoq”un keçiriləcəyini vurğulayıb. Artıq müxalifət prezidentin qərarını “konstitusiya çevrilişi” adlandırıb.
Oxşar xəbərlər
Burkina Faso, Mali və Niger ECOWAS-dan çıxdığını elan edib
Afrika Millətlər Kubokunda yarımfinal cütləri bəlli olub
Spiker: "Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcək"
Putin prezidentliyə namizədliyi barədə seçki komissiyasına məlumat göndərib
Siyavuş Novruzov: "Azərbaycanda seçki keçirmək üçün lazımi mühit, ictimai-siyasi sabitlik var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












