Aİ liderləri Ukraynaya mərmi və raket tədarükünü sürətləndirməyə çağırıb
Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə Ukraynaya sursat və raketlərin tədarükünü sürətləndirməyə çağırıblar.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə sammitin yekun bəyannaməsində deyilir.
“Avropa İttifaqı Şurası xüsusən Ukraynaya 1 milyon artilleriya sursatının verilməsi öhdəliyini nəzərə alaraq, döyüş sursatı və raketlərin tədarükünün sürətləndirilməsinin zəruriliyini vurğulayır”, - bəyanatda qeyd olunub.
Bundan əlavə, Avropa İttifaqı Şurası üzv dövlətləri Ukraynanın ehtiyaclarını ödəmək üçün bütün variantları araşdırmağa və bu istiqamətdə səyləri gücləndirməyə, o cümlədən ehtiyatların davamlı tədarükü, mövcud sifarişlərin yönləndirilməsi və zəruri yeni sifarişlərin yerləşdirilməsinə dair çağırış edib.
Oxşar xəbərlər
Almaniya kansleri Avropa İttifaqı ölkələrini Ukraynaya yardımı gücləndirməyə çağırıb
Aİ-nin Ukraynaya yardımla bağlı fövqəladə sammiti keçiriləcək
Aİ-nin XİN başçıları Ukraynaya dəstəyin gücləndirilməsi ilə bağlı razılığa gəliblər
Aİ liderləri Ukraynaya 50 milyard avroluq yardım proqramını təsdiqləyiblər
Blinken Zelenski ilə görüşüb, Ukraynaya dəstəyin davamlı olacağını bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













