Si Cinpin Trampı təbrik edib
Çin Xalq Respublikasının Sədri Si Cinpin seçilmiş prezident Donald Trampı təbrik edib.
“Report” xəbər verir ki, bu barədə ölkənin dövlət xəbər agentliyi məlumat yayıb.
“Noyabrın 7-də Sədr Si Cinpin ABŞ prezidenti seçilməsi münasibətilə Donald Trampa zəng edib”, – məlumatda qeyd olunub.
“Tarix bizə göstərir ki, Çin və ABŞ həm əməkdaşlıqdan qazanacaq, həm də qarşıdurmadan itirəcək. Sabit, sağlam və davamlı Çin-Amerika münasibətləri hər iki ölkənin ümumi maraqlarına və beynəlxalq ictimaiyyətin gözləntilərinə cavab verir. Ümid edirik ki, hər iki tərəf qarşılıqlı hörmət, sülh şəraitində birgə yaşayış və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini qoruyacaq, dialoq və ünsiyyəti gücləndirəcək, fikir ayrılıqlarını lazımi qaydada idarə edəcək, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcək və Çin ilə ABŞ üçün həm ölkələrə, həm də bütün dünyaya fayda gətirəcək yeni dövrə düzgün addımlamaq üçün yol tapacaq”, – agentlik Çin liderindən sitat gətirib.
Bildirilib ki, eyni gün sədr müavini Han Çjen Ceyms Vensi ABŞ-nin vitse-prezidenti seçilməsi münasibətilə təbrik etmək üçün ona zəng edib.
Oxşar xəbərlər
Ərdoğan Trampa zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Si Cinpin: Çin COP29-da yüksək səviyyədə təmsil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Si Cinpin: Çin öz suverenliyini və maraqlarını qətiyyətlə müdafiə etməkdə davam edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quterreş Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Si Cinpin: Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












