aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
KİV: ABŞ-də seçkilər ərəfəsində xaricə köçmək istəyən vətəndaşların sayı artıb
sizinxeber.az xəbər saytı

KİV: ABŞ-də seçkilər ərəfəsində xaricə köçmək istəyən vətəndaşların sayı artıb


ABŞ-də prezident seçkiləri ərəfəsində xarici ölkəyə köçmək istəyən vətəndaşların sayı artıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin araşdırması sübut edir.

Araşdırmaya əsasən, miqrasiya məsələlərində ixtisaslaşmış şirkətlər artıq iyun ayında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və ABŞ-nin indiki prezidenti Cozef Baydenin iştirak etdiyi debatlardan sonra müştərilərinin sayının artması ilə qarşılaşıblar.

“Expatsi” şirkətinin təsisçisi Cen Barnett nəşrə bildirib ki, son həftələrdə seçki sorğularının nəticələri tez-tez dəyişir və bu, miqrasiyaya böyük təsir edib.

Nəticələrə əsasən, ABŞ-dən köçmək istəyən 7 min nəfər arasında aparılan sorğuda əsas səbəblərdən biri ölkədəki siyasi qütbləşmədir.

“Henley & Partners” şirkəti qeyd edir ki, 2020-ci ildən indiyədək müştərilərin müraciətlərinin ümumi sayı kəskin şəkildə artıb və 2024-cü ilin ilk on ayında tələb ötən ilin ümumi göstəricilərini üstələyib.

KİV-ə görə, ABŞ Konqresindəki Respublikaçılar və Demokratlar Partiyasının nümayəndələri prezident seçkilərindən sonra ölkədə zorakılıq dalğasının yaranmasından narahatdırlar. “Axios” portalı tərəfindən keçirilən sorğuda iştirak edən demokratlar Trampın məğlub olacağı təqdirdə seçkilərin nəticələrinə şübhə ilə yanaşacaqlarını bildiriblər.

Digər tərəfdən, respublikaçılar əsl təhlükənin Demokratlar Partiyadan prezidentliyə namizəd Kamala Harris məğlub olacağı və demokratların rəqibin qələbəsini qəbul edə bilməyəcəyi halda ortaya çıxacağını vurğulayıblar.

Bu cür narahatlıqlar fonunda, federal və yerli hüquq-mühafizə orqanları Vaşinqtonda seçki gününə hazırlıq məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb və polisin zərərçəkənlərin təxliyəsi üzrə təlimlər keçirdiyi bildirilir.

Oxşar xəbərlər

Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
Sorğu: Tramp Harrisdən əksər ştatlarda irəlidədir
Sorğu: Harris və Trampı dəstəkləyənlərin sayı bərabərləşib
Salyanda əhalinin sayı artıb
Ötən illə müqayisədə bu il Neftçalada boşanmaların sayı artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər