sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsveç və Niderland məxfi məlumatların mühafizəsi haqqında saziş imzalayıb
İsveçin müdafiə naziri Pol Yonson və Niderlandın İsveçdəki səfiri Benqt van Loosdrext iki ölkə arasında qarşılıqlı qorunma və məxfi məlumatların mübadiləsi (GSA) haqqında saziş imzalayıb.
“Report” xəbər verir ki, bu barədə İsveç hökumətinin ofisi məlumat yayıb.
“Saziş ölkələrin müdafiə sahəsində əməkdaşlığı gücləndirmək imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımdır və ölkələr arasında paylaşılan məxfi məlumatların qorunmasını təmin etmək məqsədi daşıyır”, - press-relizdə qeyd olunub.
“Biz Niderland ilə müdafiə sahəsində əməkdaşlıqda irəliyə doğru mühüm addım atırıq”, - Yonson deyib.
Oxşar xəbərlər
Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO
Prezident İlham Əliyev Türkiyə ilə imzalanmış sazişi təsdiqlədi
Azərbaycanın qoşulduğu “Poçt ödəniş xidmətləri haqqında Saziş” və onun Yekun Protokolu yenilənib
Çində MI6 ilə əməkdaşlıqda şübhəli bilinən əcnəbi saxlanılıb
Səfirimizdən Niderlandın qətnamələrinə etiraz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













