İsrail Ordusu: Livandan gün ərzində 65 raket və mərmi atılıb
sizinxeber.az xəbər saytı

İsrail Ordusu: Livandan gün ərzində 65 raket və mərmi atılıb


İsrail hərbçiləri Livandan ölkə ərazisinə "Hizbullah" radikal hərəkatının yaraqlıları tərəfindən 65 mərmi və raketin atılmasını qeydə alıblar.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bu məlumatlar yerli vaxtla saat 23:00-a (Bakı vaxtı ilə saat 22:00-a-red.) aiddir.

“Ordu İsraili və xalqını "Hizbullah" terror təşkilatından gələn təhdidlərdən qorumağa davam edəcək", - məlumatda deyilir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail Ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin bu səylər indiyədək heç bir ciddi dəyişikliyə səbəb olmayıb.

Oxşar xəbərlər

İsrail ordusu Livandan 140-a yaxın raket atəşini aşkar edib
İsrail Livanda "Hizbullah"ın 65-dən çox yaraqlısını zərərsizləşdirib
Livanda hava hücumları nəticəsində 63 nəfər ölüb
İsrail ordusu Livanda “Hizbullah”ın 50 silahlısını öldürüb
İsrail Ordusu: Gün ərzində Livandan 120-dən çox mərmi atılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər