İsrail Livanda "Hizbullah"ın 65-dən çox yaraqlısını zərərsizləşdirib
sizinxeber.az xəbər saytı

İsrail Livanda "Hizbullah"ın 65-dən çox yaraqlısını zərərsizləşdirib


İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" radikal təşkilatının 65-dən çox yaraqlısını məhv ediblər.

“Report” xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.

"Hərbi Hava Qüvvələri Livanın cənubuna zərbələr endirib və “Hizbullah”ın 65-dən çox terrorçunu məhv edib, eyni zamanda “Hizbullah”ın onlarla terror hədəfini, o cümlədən İsrailin mülki vətəndaşlarına yönəlmiş mövqeləri, atəş qurğularını və terror infrastrukturu obyektləri vurub", - ordunun xəbərində bildirilir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin indiyədək bu səylər heç bir ciddi dəyişikliyə səbəb olmayıb.

Oxşar xəbərlər

İsrail ordusu Livanda “Hizbullah”ın 50 silahlısını öldürüb
İsrail ordusu Livanda onlarla hədəfə yeni zərbələr endirib
İsrail ordusu Livanda hədəflərə yeni zərbələr endirib
İsrail ordusu Beyrutda “Hizbullah”ın hədəflərinə yeni hücumlar edib
İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah"ın 220 hədəfinə hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər