Bloomberg: Hindistan Rusiya üçün yasaqlanmış texnologiyaların ikinci ən böyük təchizatçısı olub
sizinxeber.az xəbər saytı

Bloomberg: Hindistan Rusiya üçün yasaqlanmış texnologiyaların ikinci ən böyük təchizatçısı olub


Hindistan Qərb sanksiyaları ilə qadağan edilmiş kritik əhəmiyyətli məhdud texnologiyaların Rusiyaya tədarükünü artırıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Agentliyin məlumatına görə, Hindistan ixracının həcmi Moskva üçün Çindən sonra ikinci ən böyük olub.

ABŞ və Avropa ölkələrinin məmurları bu fonda sanksiya altında olan ixracatı dayandırmağın çətinliyini qeyd edirlər. Bildirilir ki, mikroçiplər, sxemlər və dəzgahlar kimi malların Hindistan ixracı aprel və may aylarında 60 milyon dolları keçib – yəni bu ilin əvvəlki ayları ilə müqayisədə təxminən iki dəfə artıb. İyul ayında bu rəqəm 95 milyon dollara çatıb.

Rusiya üçün sanksiya altında olan malların tədarükü həcminə görə Hindistanı yalnız Çin qabaqlayır. Qərb məmurları iddia edirlər ki, yasaqlanmış texnologiyaların, demək olar, beşdə biri Hindistan vasitəsilə Rusiyanın hərbi-sənaye kompleksinə daxil olur.

Sanksiyalar səbəbindən ikili təyinatlı əşyaların əksəriyyətinin birbaşa Rusiyaya ixracı qadağan edildiyindən, Moskva onları üçüncü ölkələrdən, bəzən isə Qərb şirkətlərinin müxtəlif törəmə şirkətlərindən və ya vasitəçilər şəbəkəsi vasitəsilə alır.

Oxşar xəbərlər

ABŞ Hindistan banklarına sanksiya xəbərdarlığı edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan bu il 22 milyard dollarlıq qızıl alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan Hindistan silahlarının ən böyük alıcısına çevrilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan Fransadan “Rafale” qırıcılarının tədarükü üçün müraciət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan bu il 22,234 milyard dollar dəyərində qızıl idxal edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər