Tramp: Bütün dünya ABŞ-a gülür
“Amerika hakimiyyəti başqa ölkələrə on milyardlarla dollar ayırır, lakin Helen qasırğasının nəticələrindən zərər çəkmiş öz vətəndaşlarına adekvat yardım göstərə bilmir”.
“Report” xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Evləri su altında qalan insanlara 750 dollar təklif edirlər. Və eyni zamanda, biz ABŞ vətəndaşlarının əksəriyyətinin heç eşitmədiyi ölkələrə on milyardlarla dollar veririk. Dörd il əvvəl bütün dünya bizə hörmət edirdi. İndi isə bizə gülürlər. Biz buna yol verə bilmərik”, - prezidentliyə namizəd bildirib.
Qeyd edək ki, ABŞ-ın sabiq lideri Donald Tramp ona qarşı sui-qəsdin təşkil olunduğu Batlerdə yenidən mitinq təşkil edib. Mitinqə amerikalı sahibkar və dünyanın ən zəngin adamlarından biri İlon Mask da iştirak edir.
Oxşar xəbərlər
Tramp Ağ evi “Helen” qasırğasının zərərçəkmişlərinə kömək etməməkdə ittiham edib
Tramp: Bütün dünyanın ABŞ-yə gülməsinə imkan verə bilmərik
Donald Tramp əsas rəqibi Kamala Harrislə debata çıxacaq
Tramp İlon Maskı dəstəkləməkdən başqa yolu olmadığını deyib
Tramp FTB-də dindirilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













