Fidan: Türkiyə ilə Aİ arasında əlaqələrin intensivləşməsi ümumi maraqlara cavab verir
sizinxeber.az xəbər saytı

Fidan: Türkiyə ilə Aİ arasında əlaqələrin intensivləşməsi ümumi maraqlara cavab verir


Türkiyə ilə Avropa İttifaqı arasında əlaqələrin intensivləşməsi ümumi maraqlara cavab verəcək.

"Report"un Türkiyə mətbuatına istinadən verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra deyib.

O, Türkiyənin bu görüşə dəvət olunmasını “əlverişli tendensiya” kimi qiymətləndirib və bildirib ki, görüş zamanı əlaqələrin daha da inkişaf etdirilməsi yolları, eləcə də qlobal və regional məsələlər üzrə əməkdaşlıq ətraflı müzakirə olunub.

“Bu gün Aİ ölkələrindən olan demək olar ki, bütün həmkarlarım Aİ ilə Türkiyə arasında məsləhətləşmələrin dərinləşdirilməsinin zəruriliyini, həmçinin Türkiyə ilə bütün sahələrdə, xüsusən də xarici siyasət, təhlükəsizlik və müdafiə məsələlərində dialoqun vacibliyinə toxunublar. Rusiya-Ukrayna, Qəzza, Suriya, İraq, Yaxın Şərq, Afrika və Cənubi Qafqazdakı münaqişələrdə Türkiyənin mühüm rolunu vurğuladılar”, - H.Fidan qeyd edib.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə 2019-cu ildə dayandırılmış dialoq mexanizmlərini, o cümlədən Gömrük İttifaqı haqqında sazişin yenilənməsi məsələsini yenidən işə salmaq lazımdır.

Oxşar xəbərlər

Hakan Fidan: Türkiyə qlobal diplomatiyanın mərkəzinə çevrilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və İraq arasında təhlükəsizlik sazişi imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan Qırğızıstanın ardınca Tacikistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə XİN başçısı Rusiyaya səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan türkmənistanlı həmkarı ilə regional məsələləri müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər