Şolts ABŞ-Rusiya razılaşması əsasında azadlığa buraxılan məhbuslarla şəxsən görüşəcək
Almaniyanın federal kansleri Olaf Şolts Rusiya tərəfindən azad olunan məhbuslarla şəxsən görüşəcək və ən böyük mübadilələrdən birinin nəticələri ilə bağlı müraciətlə çıxış edəcək.
“Report” xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” (FUZ) nəşri məlumat yayıb.
Qeyd olunur ki, Almaniya kansleri və hökuməti bu razılaşma üzrə danışıqlarda həlledici rollardan birini oynayıb.
“Federal ədliyyə naziri Marko Buşman Almaniyanın baş prokuroru Yens Rommelə Vadim Krasikovun işi üzrə hökmün onun Rusiyaya ötürülməsi üçün ertələnməsi barədə yazılı göstəriş verərək razılaşmanın əldə olunmasında mühüm rol oynayıb”, - nəşr qeyd edib.
Xatırladaq ki, daha əvvəl Ankarada Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi aparıldığı bildirilmişdi.
Oxşar xəbərlər
Şolts: Rusiya təyyarələrini və raketlərini vurmayacağam
Münxendə Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə ikitərəfli görüşü olub - YENİLƏNİB-3
Almaniya kansleri: Ukraynaya dəstək azalmayacaq
Şolts Çinə rəsmi səfər edib
Bayden ABŞ və Rusiya arasında məhbus mübadiləsi ilə əlaqədar bəyanat yayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













