Yaponiyada yaxta və yük gəmisi toqquşub: ölən və itkin düşənlər var
sizinxeber.az xəbər saytı

Yaponiyada yaxta və yük gəmisi toqquşub: ölən və itkin düşənlər var


Yaponiya sahillərində yaxta və yük gəmisinin toqquşması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.

Bu barədə “Sizinxeber.az” “Al Arabia”ya istinadən xəbər verir.

Yerli sahil mühafizəsi rəsmiləri bildiriblər ki, çınqıl daşıyan yük gəmisinin kapitanı Yaponiyanın Oita bölgəsindəki Hoto adası yaxınlığında toqquşma barədə məlumat verib.

Mənbənin məlumatına görə, Oitadan olan 70 yaşlı kişi suda huşsuz vəziyyətdə tapılıb. Daha sonra xəstəxanada onun ölümü təsdiqlənib.

Yaxtanın göyərtəsində bir neçə nəfərin olduğu qeyd edilir. Altı sahil mühafizə gəmisi və bir təyyarə itkin düşənlərin axtarışını davam etdirir.

Oxşar xəbərlər

Heyətində 14 nəfər olan balıqçı trauleri Cənubi Koreya sahilində batıb
Siciliya sahillərində batan yaxtada iki nəfərin meyiti tapılıb
Böyük Britaniya sahillərində neft tankeri və yük gəmisi toqquşub
Britaniya sahillərində tanker və yük gəmisi toqquşub, 32 nəfər xəsarət alıb - YENİLƏNİB
İtaliya sahillərində yaxta batıb, 1 nəfər ölüb, 6 nəfər itkin düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər