Siciliya sahillərində batan yaxtada iki nəfərin meyiti tapılıb
İtaliyanın Siciliya adası sahillərində batan yaxtada axtarış əməliyyatı zamanı dalğıclar iki meyit aşkar ediblər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
KİV itkin düşənlərin siyahısında altı nəfərin olduğunu müəyyən edib. Onlar dünyanın ən böyük investisiya banklarından biri olan “Morgan Stanley International”ın Direktorlar Şurasının sədri, 70 yaşlı Conatan Blumer və onun 71 yaşlı həyat yoldaşı Cudi, 59 yaşlı milyonçu Maykl Linç və onun 18 yaşlı qızı Hanna, “Clifford Chance” firmasının 59 yaşlı vəkili Kris Morvillo və onun 57 yaşlı həyat yoldaşı Nedadır.
Daha əvvəl meyiti dalğıclar tərəfindən aşkar edilən yaxtanın aşpazı Rekaldo Tomasın ölümü təsdiqlənmişdi.
Qeyd edək ki, göyərtəsində 22 nəfərin (12 qonaq və 10 ekipaj üzvü) olduğu 56 metr uzunluğundakı yelkənli “Bayesian” gəmisi avqustun 19-da səhər Palermo şəhəri yaxınlığında batıb. Yaxta Britaniya bayrağı altında üzüb.
Oxşar xəbərlər
KİV: Böyük Britaniyalı milyarder İtaliyada gəmi qəzasından sonra itkin düşüb
Göyərtəsində milyarderlərin olduğu yaxtanın qəzaya uğramasının TƏFƏRRÜATI AÇIQLANDI
Buzovnada dənizdə batan iki nəfərin meyiti tapılıb
Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb
İtaliya sahillərində yaxta batıb, milyarder Mayk Linç və digər 5 nəfər itkin düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












