Odessa sahilində iki minanın partlaması nəticəsində üç nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Odessa sahilində iki minanın partlaması nəticəsində üç nəfər həlak olub


Ukraynanın cənubunda, Odessa vilayətinin sahilində baş vermiş iki partlayış nəticəsində bir qadın və iki kişi həlak olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperə istinadla məlumat yayıb.

Bildirilib ki, faciə Belqorod-Dnestrovsk rayonunun Karolino-Buqaz yaşayış məntəqəsində baş verib. Hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, partlayıcı maddələr üzrə mütəxəssislər hadisə yerinə cəlb olunub.

O. Kiper qeyd edib ki, bir nəfər Karolino-Buqazda, digər kişi və qadın isə Zatoka qəsəbəsində həlak olub. Administrasiya rəhbərinin sözlərinə görə, onların hamısı qadağan olunmuş istirahət zonalarında üzərkən partlayıcı maddələrə tuş gəlib.

Oxşar xəbərlər

Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
Odessada gəmi partlayıb, ölənlər var
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Rusiya "Şahed" dronları ilə Odessa şəhərinə kütləvi hücumlar təşkil edib
Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində səkkiz nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər