Odessada gəmi partlayıb, ölənlər var
sizinxeber.az xəbər saytı

Odessada gəmi partlayıb, ölənlər var


Ukraynanın Odessa vilayətində dibdərinləşdirən gəmi minaya düşüb, üç nəfər həlak olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Ukrayna Dəniz Limanları İdarəsi" məlumat yayıb.

Hadisə iyulun 23-də axşam saatlarında baş verib.

"Gəmi 11 nəfərlik heyətlə "Bıstroe" mənsəbində planlı dibdərinləşdirmə işləri aparmaq üçün orada idi. Partlayış nəticəsində üç nəfər həlak olub. Heyətin digər üzvləri hazırda xəstəxanadadır, onlara bütün lazımi tibbi yardım göstərilir", - məlumatda bildirilib.

Hadisə yerində müvafiq xidmətlər işləyir. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Mənsəb vasitəsilə keçid müvəqqəti olaraq bağlanıb, gəmilər Sulin kanalı vasitəsilə yönləndirilir.

Oxşar xəbərlər

Konqo DR-nin şərqində 78 nəfər gəmi qəzasında həlak olub
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
Hindistanda partlayış baş verib, yeddi nəfər ölüb
Çində kimya zavodunda partlayış olub, beş nəfər ölüb
Rusiyanın Çelyabinsk vilayətində ağır yol qəzası olub, 5 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər