Hindistan ABŞ-nin tarif artımı fonunda yeni ixrac bazarları axtaracaq
Hindistan ABŞ-nin tarifləri artırdıqdan sonra Yaxın Şərq, Latın Amerikası, Afrika və Cənubi Asiyada alternativ bazarlar axtaracaq.
"Sizinxeber.az"un "The Times of India" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Hindistan xarici işlər nazirinin müavini Dammu Ravi deyib.
Ravinin sözlərinə görə, Hindistan sənayesi yeni tariflərdən təsirlənməyəcək:
"Yüksək tarif Hindistan sənayesinə heç bir mənfi təsir göstərməyəcək. Bu onun bağlanmasına və ya çökməsinə səbəb olmayacaq".
O qeyd edib ki, ölkələr tez-tez tarif maneələri ilə üzləşdikdə alternativ bazarlar axtarır və Hindistan bundan sonra diqqətini Yaxın Şərq, Latın Amerikası, Afrika və Cənubi Asiya kimi regionlara yönəldəcək.
"ABŞ-yə ixrac etmək çətinləşərsə, siz avtomatik olaraq başqa imkanlar axtarmağa başlayacaqsınız", - o vurğulayıb.
Oxşar xəbərlər
Hindistan Pakistanla münasibətləri normallaşdırmaq istəmir
Lavrov: Hindistan və Braziliya BMT TŞ-yə daxil ola bilər
Banqladeş və Hindistan arasında ticarət dayandırılıb
Hindistan və Pakistan arasında atəşkəs qüvvəyə minib
ABŞ Hindistan banklarına sanksiya xəbərdarlığı edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












