Zelenski: Rusiya gecə hücumu ilə Ukraynanın HHM sistemini yükləmək istəyirdi, əsas zərbə Kiyevə dəyib
sizinxeber.az xəbər saytı

Zelenski: Rusiya gecə hücumu ilə Ukraynanın HHM sistemini yükləmək istəyirdi, əsas zərbə Kiyevə dəyib


Rusiyanın cümə axşamına keçən gecə həyata keçirdiyi hücum Ukraynanın Hava Hücumundan Müdafiə (HHM) sistemini yükləmək üçün xüsusi hesablanmışdı, əsas hədəf Kiyev idi.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski daxili işlər naziri İqor Klimenkonun məruzəsinin nəticələrinə əsasən bildirib.

"Hücum HHM sistemini yükləmək üçün xüsusi hesablanmışdı. Kiyev "Şahed”lər, digər dronlar və raketlər üçün əsas hədəf idi, lakin digər regionlarımıza da ziyan dəyib", - V.Zelenski sosial şəbəkə hesablarında yazıb.

Ukrayna Prezidenti xilasetmə işlərinin hələ də davam etdiyini söyləyib.

Eyni zamanda Kiyevin hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko Rusiyanın raket-dron hücumu nəticəsində Kiyevdə həlak olanların sayının səkkiz nəfərə çatdığını bildirib.

Yaralıların sayı 82 nəfərə yaxınlaşıb, onlardan 10-u uşaqlardır.

Oxşar xəbərlər

Rusiyanın Kiyevə hücumu nəticəsində iki nəfər ölüb, 13 nəfər yaralanıb
Zelenski Rusiyanın Ukrayna ərazisinə 300-dən çox dron və 30 raket buraxdığını bildirib
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB
Zelenski: Rusiyanın regionlarımıza hücumlarını cavabsız qoymayacağıq
Zelenski Rusiyanın Ukraynanı 120 raket və 90 dronla atəşə tutduğunu bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər