İsraildə üç nazir eyni zamanda istefa ərizəsi verib
sizinxeber.az xəbər saytı

İsraildə üç nazir eyni zamanda istefa ərizəsi verib


İsrailin daxili işlər naziri Moşe Arbel, sosial işlər naziri Yaakov Margi və dini işləri üzrə naziri Mixael Malkieli Baş nazir Binyamin Netanyahuya istefa ərizələri yazıblar.

"Report" xəbər verir, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, "Şas" partiyasını təmsil edən bu nazirliklərin rəhbərləri partiyanın hökumətdən çıxmaq istəyi ilə əlaqədar istefa ərizəsi verirlər. Daxili siyasi münaqişə dini ali təhsil müəssisəsindən olan tələbələrin hərbi xidmətdən azad edilməsini nəzərdə tutan qanunun qəbulu ilə bağlı problemlər nəticəsində baş verib.

"Şas" partiyasının nümayəndələri həmçinin səhiyyə naziri, əmək naziri və kənd təsərrüfatı nazirinin müavini vəzifələrini tuturlar. Gözlənilir ki, bu gün onlar da istefa ərizələrini verəcəklər.

Oxşar xəbərlər

İsrailin maliyyə naziri istefa verib
Gürcüstanın daxili işlər naziri istefa verib
İsraildə üç nazir Qəzzada atəşkəs razılaşmasına görə istefa verib
Şri-Lankanın baş naziri istefa verib
Ukraynanın xarici işlər naziri istefa verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər