“Lui Vitton”un Britaniya bölməsi kiberhücuma məruz qalıb
“LVMH Moet Hennessy Louis Vuitton SA”nın Britaniya bölməsi kiberhücuma məruz qalıb, nəticədə bəzi müştəri məlumatları oğurlanıb.
“Report” xəbər verir ki, bu barədə şirkət müştərilərinə məlumat verib.
Qeyd olunur ki, “Louis Vuitton UK” sistemlərinə icazəsiz giriş iyulun 2-də baş verib. Hakerlər adlara, istifadəçilərin əlaqə məlumatlarına və alış tarixçəsinə giriş əldə ediblər. Lakin hakerlərin maliyyə məlumatlarına, o cümlədən müştərilərin bank rekvizitlərinə çıxışı olmayıb.
“Məlumatlarınızın sizin zərərinizə istifadə edildiyinə dair heç bir sübut olmasa da, sizi mümkün fişinq, fırıldaqçılıq və ya məlumatınızdan icazəsiz istifadə cəhdləri barədə xəbərdar edirik”, - məlumatda bildirilir.
Şirkət kiberhücumla bağlı aidiyyəti qurumları da xəbərdar edib.
“Bloomberg” qeyd edir ki, bu, artıq son aylarda LVMH-yə üçüncü haker hücumudur. Məsələn, onun “Louis Vuitton Korea” bölməsi keçən həftə bəzi müştəri məlumatlarının oğurlanması ilə nəticələnən oxşar kiberhücumları araşdırdığını açıqlamışdı.
May ayında LVMH-ə məxsus “Christian Dior Couture” brendi də kiberhücum barədə məlumat vermişdi.
Bu ilin əvvəlində isə Britaniyanın moda pərakəndə satış şirkəti “Marks & Spencer” (M&S) böyük bir haker hücumuna məruz qalmış və bunun nəticələrini 300 milyon funt sterlinq dəyərində qiymətləndirmişdi.
Oxşar xəbərlər
Ceff Bezos “Amazon”un 2 milyard dollar dəyərində səhmlərini satıb
İlon Mask dünyanın ən varlı insanlarının reytinqinə başçılıq edir
Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb
Bezos "Amazon"un 2 milyard dollarlıq səhmlərini satıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
