Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb
sizinxeber.az xəbər saytı

Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb


Avstraliyanın "Qantas Airways" aviaşirkəti əlaqə mərkəzinin kiberhücuma məruz qaldığını etiraf edib.

"Sizinxeber.az" aviadaşıyıcının açıqlamasına istinadən xəbər verir ki, bunun nəticəsində "Qantas Airways"in müştərilərinin şəxsi məlumatları (ad və soyad, mobil nömrələr və elektron ünvanlar) kibercinayətkarların əlinə keçib.

Qeyd edək ki, hücuma məruz qalan plaftormada 6 milyon müştərinin şəxsi məlumatları olub.

Açıqlamaya əsasən, müştərilərin maliyyə və pasport məlumatları ələ keçirilməyib, çünki onlar sözügedən bazada saxlanılmayıb.

Xatırladaq ki, "Qantas Airways" 2022-ci ildə də haker hücumuna məruz qalıb.

Oxşar xəbərlər

BelTA haker hücumuna məruz qalıb
“Sony” hakerlərin hücumuna məruz qalıb: “PlayStation” hesabları təhlükədə ola bilər
“SpaceX”in raket hissələrinin düşməsi təhlükəsinə görə “Qantas” reysləri təxirə salır
İran Fordo nüvə obyektinin hücuma məruz qaldığını təsdiqləyib
Çinin haker qrupu ABŞ-nin telefon dinləmə sistemlərinə hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle