London və Paris "Storm Shadow" raketini modifikasiya edəcək
sizinxeber.az xəbər saytı

London və Paris "Storm Shadow" raketini modifikasiya edəcək


Böyük Britaniya və Fransa daha çox "Storm Shadow" qanadlı raketləri sifariş edəcək və onların yenilənmiş versiyalarla əvəzlənməsi üzərində işə başlayacaq.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə ikitərəfli sammit ərəfəsində Birləşmiş Krallıq hökumətinin bəyanatında deyilir.

"Yeni razılaşma Böyük Britaniya və Fransa həm uzaq mənzilli raketlərin, həm də gəmi əleyhinə raketlərin yaradılması üzrə birgə layihənin növbəti mərhələsinə başlamasını nəzərdə tutur. Bu, "Storm Shadow" raketinin əvəzlənməsi üçün son layihənin seçilməsinə doğru daha bir addımdır", - bəyanatda qeyd olunur.

Bundan əvvəl iki dövlətin nüvə çəkindirmə vasitələrinin koordinasiyası haqqında bəyannamə imzalayacaqları bildirilib.

Oxşar xəbərlər

“Telegraph”: Ukrayna ordusuna Kurska “Storm Shadow” raketləri ilə zərbə endirmək qadağan edilib
Fransa və Böyük Britaniya da Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbələr endirməsinə icazə verib
Böyük Britaniya və Fransa nüvə sahəsində bəyannamə imzalayacaq
Bayden Ukraynanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə bilər
Yermak: Britaniya və Fransa raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirməyə hələ icazə verməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər