KİV: Qırmızı dənizdə batan “Eternity C” gəmisinin heyətinin 14 üzvü axtarılır, 4 nəfər həlak olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
iy
2025
18:30

KİV: Qırmızı dənizdə batan “Eternity C” gəmisinin heyətinin 14 üzvü axtarılır, 4 nəfər həlak olub

09 iy, 2025
18:30
387

KİV: Qırmızı dənizdə batan “Eternity C” gəmisinin heyətinin 14 üzvü axtarılır, 4 nəfər həlak olub

Qırmızı dənizdə batan Yunanıstanın quru yük gəmisi “Eternity C”in 25 heyət üzvündən 4-ü həlak olub, daha 7-si xilas edilib və 14 nəfər itkin düşüb.

Bu barədə “Sizinxeber.az” “Reuters” agentliyinə istinadən xəbər verir.

“Eternity C”nin göyərtəsində 21 Filippin vətəndaşı, bir rusiyalı və vətəndaşlığı müəyyən edilməmiş üç mühafizəçi var idi. Xilasedicilər 7 heyət üzvünü sudan çıxarıblar, daha 14 nəfərin axtarışları davam edir. 25 heyət üzvündən 4-ü həlak olub", - məlumatda bildirilib.

Dəniz təhlükəsizliyi xidmətlərinin məlumatına görə, iyulun 7-də “Eternity C” hücuma məruz qalıb. Nəticədə xilasetmə qayıqları məhv edilib. İyulun 8-i pilotsuz uçuş aparatlarının ikinci zərbəsindən sonra gəminin heyəti, o cümlədən mühafizə suya tullanmağa məcbur olub.

Bildirilib ki, heyət üzvlərindən bəzilərinin husilər tərəfindən qaçırılması ehtimalı var.

Gəminin operatoru olan yunan şirkəti “Cosmoship Management” hələ ki, həlak olanlar haqqında məlumatı şərh etməyib.

Bizimlə əlaqə saxlayın