Aİ təmkinli olmağa və Holan hücumu ilə bağlı beynəlxalq araşdırmaya çağırıb
Avropa İttifaqı (Aİ) Holan yüksəkliklərinə edilən hücumla bağlı beynəlxalq təhqiqatın aparılmasına, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə və eskalasiyadan qaçmağa çağırıb.
"Report"un məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel “X”də yazıb.
"Məcdəl Şəms kəndindəki futbol meydançasından şok görüntülər. Mən qətliamı qəti şəkildə pisləyirəm. Bu qəbuledilməz insidentlə bağlı beynəlxalq araşdırmaya ehtiyacımız var. Bütün tərəfləri maksimum təmkinli olmağa və daha da gərginləşmədən qaçmağa çağırırıq", - Borrel yazıb.
Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Onların arasında uşaqlar və yeniyetmələr də var.
Oxşar xəbərlər
BMT Holan yüksəkliklərində mülki şəxslərin ölümünü pisləyib
Holan yüksəkliklərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb
İsrail qırıcıları Livana zərbələr endirib
ABŞ Holan yüksəkliklərinə hücumu pisləyib
Netanyahu: Holan yüksəkliklərinə zərbə "Hizbullah"a baha başa gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












