Makron Olimpiya Oyunlarının açılış mərasimində fitə basılıb
sizinxeber.az xəbər saytı

Makron Olimpiya Oyunlarının açılış mərasimində fitə basılıb


Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində tamaşaçılar tərəfindən fitə basılıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.

Siyasətçi qeyd edib ki, “hətta müəyyən auditoriya” Makronun gəlişindən açıq-aydın narazılığını ifadə edib, buna görə də “o, hətta çaşıb qalıb”.

Filippo öz paylaşımına Fransa liderinin çıxışı zamanı fit və qışqırıqların eşidildiyi qısa videonu əlavə edib. Onun sözlərinə görə, bu fraqment efirdə kəsilib, siyasətçi görüntünün yayılmasına çağırış edib.

Xatırladaq ki, iyulun 26-da Parisdə Olimpiya Oyunları açılışı olub.

Oxşar xəbərlər

Olimpiadanın açılış mərasimində 19 nəfər saxlanılıb
Makron və Şolsdan Ukraynadakı cəbhəyə getmələri istənildi
Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb
BOK 2034-cü il Qış Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin adını açıqlayıb
Fransa hərbçisi: Makron diplomatiyamızı tamamilə məhv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər