ABŞ Suriyaya qarşı bəzi sanksiyaları yumşaldıb
ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı bəzi sanksiyaların yumşaldılmasına dair sərəncam imzalayıb.
“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Mətni ABŞ administrasiyası tərəfindən dərc edilən sərəncamda qeyd edilib ki, Suriyaya qarşı sanksiyalar ləğv edilir, lakin keçmiş prezident Bəşər Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara və kimyəvi silah proqramının iştirakçılarına qarşı tədbirlər qüvvədə qalır.
Sərəncam həmçinin Dəməşqə qarşı qüvvədə olan ixrac nəzarəti tədbirlərini yumşaltmağa imkan verir. Bundan başqa, sərəncamda ABŞ-nin Suriyaya qarşı sanksiyaların yumşaldılması məsələsini BMT səviyyəsində öyrənməsi nəzərdə tutulur.
Öz növbəsində, “CBS” telekanalı qeyd edib ki, sanksiyaların bir hissəsinin ləğvi ABŞ Konqresi tərəfindən təsdiqlənməli olacaq. Qeyd olunub ki, ABŞ-ın hələ 1979-cu ildə, Vaşinqton bu ölkəni terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil etdiyi zaman tətbiq etdiyi Suriyaya qarşı məhdudlaşdırıcı tədbirlər hələ də mövcuddur.
Eyni zamanda Trampın imzaladığı sərəncamda vurğulanıb ki, prezident dövlət katibi Marko Rubioya Suriyanın hələ də terrorizmin himayədarı kimi qəbul edilib-edilməməsinin lazım olduğunu qiymətləndirməyi tapşırıb.
Bundan başqa Suriyanın “terrorizmi dəstəkləyən dövlət” statusuna, “Hayat Təhrir əş-Şam” qruplaşmasının xarici terror təşkilatı kimi tanınmasına və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ABŞ-nin “xüsusilə təhlükəli beynəlxalq terrorçular” siyahısına salınması ilə bağlı qərarın da yenidən baxılacaq.
Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani deyib ki, Dəməşq ABŞ tərəfindən sanksiyaların əksəriyyətinin ləğvini alqışlayır və bunu ölkənin bərpası istiqamətində mühüm addım hesab edir.
“Biz prezident Donald Trampın tarixi fərmanına uyğun olaraq Suriya Ərəb Respublikasına qarşı tətbiq edilən sanksiyalar rejiminin əhəmiyyətli hissəsinin götürülməsini alqışlayırıq”, - Şibani “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Nazirin sözlərinə görə, bu qərar Dəməşqlə beynəlxalq ictimaiyyət arasında münasibətlərdə mühüm mərhələ olmaqla yanaşı, həm də ölkənin iqtisadiyyatının bərpası üçün möhkəm zəmin yaradır.
Oxşar xəbərlər
KİV: Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb
Fransa Suriyaya qarşı bəzi sanksiyaları ləğv edib
Aİ XİN başçıları Suriyaya qarşı sanksiyaların yumşaldılmasına razılaşıb
ABŞ rəsmiləri Dəməşqdə Suriyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












