Cənubi Koreya XİN: İrandan daha 19 vətəndaşımız təxliyə edilib
sizinxeber.az xəbər saytı

Cənubi Koreya XİN: İrandan daha 19 vətəndaşımız təxliyə edilib


Cənubi Koreya İran və İsraildən vətəndaşlarını təxliyə edir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi ölkənin Xarici İşlər Nazirliyinin məlumatına istinadən bildirir.

"Səfirlik əməkdaşlarının ailə üzvləri də daxil olmaqla 19 cənubi koreyalı İranı tərk edib və quru yolu ilə qonşu Türkmənistana çatıb. Təxliyə edilənlər arasında Cənubi Koreyanın İrandakı səfirliyinin əməkdaşlarının beş ailə üzvü və bir inzibati əməkdaşı var. Onlar şənbə günü günorta Mərkəzi Asiya ölkəsinə çatıblar", - məlumatda qeyd olunub.

XİN-dən bildirilib ki, münaqişənin gərginləşdiyi iyunun 13-dən bəri İrandan ümumilikdə 56 cənubi koreyalı, o cümlədən onların ailə üzvləri olan iranlılar təxliyə edilib.

Bundan başqa, 40-dan çox Cənubi Koreya vətəndaşı da İsraildən təxliyə edilib.

Oxşar xəbərlər

İndoneziya XİN başçısı: İrandan Azərbaycana 90-dan çox vətəndaşımız təxliyə edilib
Qazaxıstan XİN: 22 qazaxıstanlı İrandan Azərbaycan vasitəsilə təxliyə edilib
KİV: Məhkəmə Cənubi Koreya Prezidentinin həbsini ləğv edib
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle