Zelenski G7 sammitində Trampla mühüm söhbətə ümid edir
sizinxeber.az xəbər saytı

Zelenski G7 sammitində Trampla mühüm söhbətə ümid edir


Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 15-17-də keçiriləcək “Böyük yeddilik” (G7) sammiti çərçivəsində Amerika lideri Donald Trampla görüşəcəyinə və əlavə anti-Rusiya sanksiyalarının tətbiqini müzakirə edəcəyinə ümid edir.

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Zelenski Almaniyanın müdafiə naziri Boris Pistoriusla keçirdiyi brifinqdə bildirib.

“Bu sanksiyalar paketi (Qrem-Blyumental qanun layihəsi) bizim üçün çox vacibdir. Biz bunu müzakirə etdik, onlar bizə gəldi, buna çox müsbət yanaşırıq. Buna görə onlara həqiqətən minnətdarıq”, - o deyib.

Bununla belə, o qeyd edib ki, yekun qərar hələ də Trampdan asılıdır.

“G7 sammitində söhbət etmək imkanımızın olacağına ümid edirəm. Çox ümid edirəm ki, ona qədər müvafiq qərarlar qəbul edilməsə, ən azı bu qərara nə qədər yaxın olduğumuzu anlaya biləcəyəm. Aİ ölkələri ilə koordinasiya və şanslar paketləri üzrə mövqelərin uyğunlaşdırılmasının davam etməsi vacibdir. Hesab edirəm ki, bu, artıq irəliyə doğru atılmış addımdır”, - Ukrayna lideri əlavə edib.

Qeyd edək ki, Zelenski ilə Tramp arasında sonuncu görüş aprelin 26-da Vatikanda baş tutub. Onlar mərhum Roma Papası Fransisklə vida mərasimində iştirak etmək üçün Vatikana getmişdilər. Cəmi 15 dəqiqə davam edən görüş pontifikin dəfn mərasimindən əvvəl Müqəddəs Pyetro bazilikasında baş tutub. Hər iki lider bunu məhsuldar görüş kimi qiymətləndirib.

Oxşar xəbərlər

Zelenski G7 sammiti çərçivəsində Trampla görüşməyi planlaşdırır
Zelenski: ABŞ-də keçiriləcək seçkilərə qədər Ukraynada döyüşlər bitməyəcək
Zelenski: Ukrayna ABŞ-dən 50 milyard dollarlıq silah almaq istəyir
Zelenski və dörd Avropa lideri Trampla İstanbul danışıqlarını müzakirə edib
Zelenski: Ukrayna və ABŞ inauqurasiyadan sonra Trampla görüş üzərində işləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle