Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
sizinxeber.az xəbər saytı

Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq


Almaniya kansleri Olaf Şolts bazar günü keçirilən Bundestaq (parlament) seçkilərindən sonra yeni hakim koalisiya qurulana qədər hökumətə rəhbərlik etməyə davam edəcəyini bildirib.

APA xəbər verir ki, Şolts Almaniya Sosial Demokrat Partiyasının məğlub olduğunu etiraf edib.

Qeyd edək ki, Almaniya qanunları belə hallarda kansleri istefaya məcbur etmir.

"AFR-nin doqquzuncu kansleri olmaq böyük şərəfdir. Mən sona qədər bu vəzifədə çalışacağam. İndi digər siyasətçilər hökuməti qurmaq üçün bir yol tapmalıdırlar. Bu şərəfi, son seçkilərdə mənə və bizə bunun üçün mandat vermiş vətəndaşlara, eləcə də Sosial Demokrat Partiyasına borcluyam", - Şolts bildirib.

Oxşar xəbərlər

Almaniya kansleri Frankfurtda Zelenski ilə görüşüb
Bundestaq Olaf Şolts hökumətinə etimad səsverməsi keçirəcək
Almaniya kansleri hərbi xərcləri artırmağa çağırıb
Şolts hökumətə etimadla bağlı Bundestaqa müraciət ünvanlayıb
Şolts: Almaniya Ukraynaya uzaqmənzilli "Taurus" raketlərini göndərməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər