Şoltsun dövründə Almaniyanın silah ixracı 65% artıb
sizinxeber.az xəbər saytı

Şoltsun dövründə Almaniyanın silah ixracı 65% artıb


Almaniyanın hazırkı kansleri Olaf Şoltsun hökuməti sələfi Angela Merkelin dövründəkindən 65% çox, təxminən 39 milyard avro dəyərində silah ixracını təsdiqləyib.

APA xəbər verir ki, bu məlumatı Almaniyanın İqtisadiyyat Nazirliyinə istinadən “Deutschlandfunk” radiosu yayıb.

“2021-ci ilin oktyabrından 2024-cü ilin dekabrına qədər təxminən 39 milyard avro dəyərində ixrac təsdiqlənib. Əvvəlki hökumətin dövründə (2018-2021) bu rəqəm 23,6 milyard avro olub. Aİ-dən kənar ölkələrə silah tədarükü əhəmiyyətli dərəcədə artaraq 10,8 milyard avrodan 25,5 milyard avroya yüksəlib. Bu həcmin əhəmiyyətli bir hissəsi isə Ukraynaya ixrac olunub.”, - məlumatda bildirilir.

Oxşar xəbərlər

Almaniya bu il Ukraynaya təxminən 7,1 milyard avro məbləğində silah tədarük edib
Almaniya 2024-cü ildə 13,3 milyard avroluq silah ixrac edib
Almaniya 2024-cü ildə Ukraynaya təxminən 8,1 milyard avro məbləğində silah tədarükünü təsdiqləyib
Almaniya seçkilər ərəfəsində 2,5 milyard avroluq silah sifariş edib
Almaniya ilin birinci yarısında 5,6 milyard avro dəyərində silah ixracını təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər