Kobaxidze Trampın qərarını alqışlayıb, Gürcüstanda inqilaba cəhdlərdə ABŞ maliyyəsinin də olduğunu bildirib
sizinxeber.az xəbər saytı

Kobaxidze Trampın qərarını alqışlayıb, Gürcüstanda inqilaba cəhdlərdə ABŞ maliyyəsinin də olduğunu bildirib


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Donald Trampın ölkəsinin xarici yardımları dayandırmaq qərarını alqışladığını bəyan edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı keçirdiyi brifinqdə ötən üç ildə Gürcüstanda 4 uğursuz inqilab cəhdi olduğunu və bunun hamısında xarici maliyyənin, eləcə də Amerika maliyyəsinin olduğunu qeyd edib.

“Biz xarici maliyyə məsələsini davamlı olaraq müzakirə etmişik, xüsusilə də şəffaflıq haqqında qanun təşəbbüsündən sonra. Xaricdən gələn maliyyədən ölkəmizdə inqilabi fəaliyyətlər də daxil olmaqla pis məqsədlər üçün istifadə edilməsi hallarının olduğu aydındır. Son üç ildə burada inqilablar təşkil etmək üçün dörd uğursuz cəhd olub və bunların hamısı xarici maliyyə, o cümlədən Amerikanın dəstəyi ilə olub. Tramp administrasiyası bu məsələni həll etməlidir. Şəffaflıq qanunu ilə bağlı müzakirələr zamanı bəziləri iddia edirdi ki, biz Rusiya ilə Qərbi ayırd edə bilməmişik. Lakin biz vurğuladıq ki, mənşəyindən asılı olmayaraq, milli maraqlara zidd olan istənilən cəhdə qarşı mübarizə aparılmalıdır. Mənbə Amerika və ya Rusiya olsun, milli suverenlik qorunmalıdır. Prezident Tramp administrasiyasının qərarı Amerika vəsaitlərinin bəzən digər xalqların suverenliyinə xələl gətirmək üçün istifadə edildiyinə dair mövqeyimizi təsdiq etdi”, - Kobaxidze deyib.

Oxşar xəbərlər

Kobaxidze: Son 4 ildə Gürcüstanda dörd uğursuz "Maydan” cəhdi olub
Kobaxidze: Gürcüstanda “Maydan” olmayacaq
İrakli Kobaxidze: Trampın xarici yardım proqramlarını dayandırmaq qərarını alqışlayırıq
Kobaxidze: Harrisin qələbəsi Ukraynada müharibəni bir neçə ay uzadacaq
Kobaxidze: Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar