Xorvatiyada avtomobildə havaya atəş açan nazir istefa verib
Xorvatiya Baş nazirinin müavini və kənd təsərrüfatı naziri Josip Dabro istefa verib.
Sizinxeber.az-nın xəbərinə görə, Josip Dabro bu barədə “Facebbook”-da paylaşım edib.
Qeyd edək ki, dünən sağ yönümlü Vətən Hərəkatı Partiyasından hökumətdə təmsil olunan 42 yaşlı Josip Dabronun musiqi dinləyərkən hərəkətdə olan avtomobilin pəncərəsindən tapança ilə atəş açdığını əks etdirən görüntü yayılıb. Xorvatiya hökuməti inun davranışlarını davranışını “uyğunsuz və məsuliyyətsiz” adlandırıb.
Josip Dabro paylaşımında bildirib ki, onun şəxsi vəziyyəti hökuməti və nazirliyi prioritetlərindən yayındırmamalı və ya zəruri islahatları gecikdirməməlidir. Sabiq nazir istefa məktubunda hökuməti də işini davam etdirməyə çağırıb.
Baş verənlərə baxmayaraq Vətən Hərəkatı Partiyasının lideri İvan Penava hakim koalisiyada təmsilçiliklərini davam etdirəcəyini açıqlayıb.
Oxşar xəbərlər
Gürcüstanın XİN rəhbərinin müavini Teymuraz Cancaliya istefa verib
Kanadanın maliyyə naziri istefa verib
Gürcüstanın daha bir səfiri Aİ ilə danışıqların dayandırıldığına görə istefa verib
Gürcüstanın müdafiə nazirinin müavini istefa verib
Burak Yılmaz istefa verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













