İsveçrə Ukrayna ilə bağlı növbəti sammitə hazırlıq gördüyünü açıqlayıb
İsveçrə Ukrayna üzrə növbəti sammitə hazırlıq görür, sammit çərçivəsində Rusiya ilə, eləcə də ABŞ və G7-nin digər ölkələri ilə qarşılıqlı əlaqə qurur.
APA xəbər verir ki, bu barədə “Le Temps” qəzeti İsveçrənin xarici işlər naziri İqnazio Kassisə istinadən məlumat yayıb.
“Moskva, Vaşinqton, həmçinin G7 və Aİ ölkələri ilə intensiv iş davam edir”, – deyə Romada jurnalistlərə açıqlamasında diplomat bildirib.
Kassisin sözlərinə görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasından gələn siqnallar İsveçrə tərəfini Ukrayna məsələsində həll yolunun tapılması ehtimalı ilə bağlı “ehtiyatlı optimist” olmağa sövq edir.
O, həmçinin Moskva ilə Kiyev arasında dialoqun başlanmasının vacibliyinə işarə edib.
Oxşar xəbərlər
İsveçrə Rusiya və Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məşhur İsveçrə müğənnisi Bakıda konsert verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konfrans Liqasında IV tura yekun vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bloomberg: ABŞ-Rusiya əməkdaşlığı ilə bağlı NATO-nu “qaranlıq gələcək” gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












