Makron İvanişviliyə zəng vurub, telefon danışığı 1 saat davam edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Makron İvanişviliyə zəng vurub, telefon danışığı 1 saat davam edib - YENİLƏNİB


Fransa Prezidentinin administrasiyası Emmanuel Makronla “Gürcü Arzusu”nun sədri Bidzina İvanişvili arasında telefon danışığı ilə bağlı məlumat yayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, “Emmanuel Makron həmçinin Bidzina İvanişvilini bütün siyasi partiyalar və vətəndaş cəmiyyəti nümayəndələri ilə inklüziv dialoqa çağırıb, təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə və jurnalistlərə qarşı zorakılığını pislədiyi qeyd olunub”.

Makron həmçinin bütün saxlanılanları azadlığa buraxmağa, ifadə və sərbəst toplaşma azadlığına hörmət etməyə çağırıb.

Bundan əlavə, Emmanuel Makron Gürcüstanın Avropa yolundan çıxmasından təəssüfləndiyini bildirib.

“O, bir daha Gürcüstanın Avropa yolundan çıxmasından təəssüfləndiyini bildirib və Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərin indiyə qədər götürülmüş və ya götürüləcək istiqamətlərdən asılı olacağına inandığını təsdiqləyib” - bəyanatda bildirilib.

***

13:51

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı “Gürcü Arzusu” yayıb.

Bildirilib ki, telefon danışığı Fransa Prezidentinin təşəbbüsü ilə keçirilib və bir saat davam edib.

“Makron Gürcüstandakı vəziyyətə görə təəssüfləndiyini qeyd edib və bu vəziyyətin tam aradan qaldırılmasına töhfə vermək arzusunda olduğunu bildirib. Bidzina İvanişvili də öz növbəsində Fransa Prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını alqışlayıb. İvanişvili və Makron növbəti günlərdə yenidən təmasda olacaqları və əldə edilən irəliləyişlərin qiymətləndiriləcəyi barədə razılığa gəliblər. Söhbət bir saat davam edib” - “Gürcü Arzusu”nun məlumatında qeyd edilib.

Oxşar xəbərlər

Makron İvanişviliyə zəng vurub, telefon danışığı 1 saat davam edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Parlamentinin qətnaməsində Bidzina İvanişviliyə sanksiyaların tətbiq olunmasına çağırış edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron və İvanişvili Gürcüstandakı vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron İsrailə silah tədarükünü dayandırmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron: Fransa yaxın vaxtlarda Ukraynaya hərbi personal göndərməyi düşünmür [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər