Tbilisidə keçirilən etiraz aksiyası başa çatıb  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Tbilisidə keçirilən etiraz aksiyası başa çatıb - YENİLƏNİB


Tbilisidə Rustaveli prospektində növbəti etiraz aksiyası başa çatıb aksiya iştirakçıları artıq evlərinə dönürlər.

Sizinxeber.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat verib.

Qeyd edək ki, dekabrın 8-i axşam saatlarında Gürcüstan parlamenti yaxınlığında 11-ci etiraz aksiyası başlayıb.

Bu dəfə polis parlamentə bitişik küçələrdə barrikada qurmayıb. Lakin parlament binasından təqribən 300 metr aralıda yerləşən Azadlıq meydanında xüsusi texnika növbə çəkib.

Bir neçə xırda nüans nəzərə alınmasa aksiya dinc şəkildə başa çatıb.

Yerli vaxtla gecə saat 01:30-dan sonra vətəndaşlar Rustaveli prospektini boşaltmağa başlayıblar.

***

23:05

Gürcüstanın paytaxtı Tbilisinin Rustaveli prospektində etiraz aksiyaları davam edir.

Sizinxeber.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Parlamentin qarşısına toplanan nümayişçilər orada quraşdırılan şam ağacı konstruksiyasına aksiyalar zamanı yaralanan və döyülən insanların fotolarını, həmçinin Gürcüstan və Avropa İttifaqının bayraqlarını asıblar. Prospekt avtomobillərin hərəkəti üçün bağıdır.

Vətəndaşlar cinayətkarların müəyyən edilərək cəzalandırılmasını, həmçinin etiraz aksiyaları zamanı həbs olunanların azadlığa buraxılmasını tələb edirlər.

Xatırladaq ki, Rustaveli prospektində etiraz aksiyası artıq on birinci gündür ki, davam edir.

Oxşar xəbərlər

Gürcüstanda Parlament binası qarşısında növbəti etiraz aksiyası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə yenidən etiraz aksiyaları başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb - VİDEO - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər