aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
Kamran Ramazanlı: Qərb Gürcüstanı qeyri-sabitliyə sürükləməyə çalışır
sizinxeber.az xəbər saytı

Kamran Ramazanlı: Qərb Gürcüstanı qeyri-sabitliyə sürükləməyə çalışır


Qərbin Gürcüstanla bağlı planının həyata keçməsi Cənubi Qafqazda sabitliyə böyük təhlükə yaradar.

Bunu APA-ya açıqlamasında SOYDAŞ İctimai Birliyinin sədri Kamran Ramazanlı bildirib.

SOYDAŞ İctimai Birliyinin sədri deyib ki, Qərbin Gürcüstanda QHT maliyyələşdirmə mexanizmi vasitəsilə dövlət içərisində öz dayaqlarını qurması və öz gündəliyini qəbul etdirməyə çalışması da sirr deyildi. Gürcüstan hakimiyyəti də məhz buna görə Qərbin, onun ölkədəki qüvvələrinin (QHT və s.) əməllərinə qarşı tədbirlər görüb və hələ bir müddət əvvəl “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edilib: "Parlament seçkilərindən sonra baş verən proseslər göstərir ki, Qərb niyyətinə nail olmaq üçün vətəndaş qarşıdurması və hətta prosesin vətəndaş müharibəsi həddinə qədər çatdırılmasından çəkinmir. QHT-çilərdən ibarət ifrat Qərbyönümlü dəstələrin, LGBT və ifrat liberal sağçı düşərgələrin yaradılması təsadüfi deyil. QHT-lər vasitəsilə cəmiyyətə mənfi təsirlər o qədər çoxalıb ki, bu gün siyasi müzakirələrdə Gürcüstanın ərazi bütövlüyü, itirilmiş torpaqların geri qaytarılması müzakirə mövzusu deyil. İdeoloji əsasda gürcü xalqının milli kimliyi və qürurunun, tarixinin və adət-ənənələrinin arxa plana keçməsi və onun yerinə yad LGBT və ifrat sağçı qüvvələrin ön plana atılması səyləri göz önündədir”.

Kamran Ramazanlı qeyd edib ki, Qərbin arzusu Gürcüstanda 2014-cü ilin Ukrayna ssenarisinin təkrarı, küçə döyüşləri ssenarisi, polisə qarşı zorakılıqdır: “Gürcüstana Şərqi Avropa və əsasən də Baltik ölkələrindən çoxlu sayda təxribatçılar gətirilib və onların arasında silahlı təxribatçıların da olması istisna deyil. Etirazçıların onlar tərəfindən odlu silahla vurulması və sonra bunun Gürcüstan hökumətinin üzərinə atılması ehtimalı istisna deyil. Qərb Ukrayna xalqını müharibəyə sürüklədiyi kimi Gürcüstan üçün də eyni ssenariləri cızır. Gürcü xalqı müdriklik nümayiş etdirməli və heç bir xarici qüvvənin əlində alət olmamalıdır”.

SOYDAŞ İctimai Birliyinin sədri Avropa İttifaqının Gürcüstandakı səfirinin özünü canişin kimi aparmasına diqqət çəkib: “Qərb səfirləri və ölkələri demokratik seçilmiş hökumətə qarşı hibrid müharibə aparırlar. Bu gün Çini, Rusiyanı və digər ölkələri hibrid müharibələrdə günahlandıran Qərb özü Gürcüstanın daxili işlərinə qarışır. Baş verən hadisələr Gürcüstanın daxili işidir və kənar qüvvələr və ölkələr bu prosesə müdaxilə etməməli, demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdırlar. Gürcü Fransa vətəndaşı olmuş, Fransa Xarici İşlər Nazirliyində çalışmış, Gürcüstanı xaosa sürükləməyə cəhdlər edən Prezident Salome Zurabaşvili ilə üz-üzə qalıb”.

Kamran Ramazanlı Qərbin Gürcüstanı bu formada qeyri-sabitliyə sürükləməyə çalışdığını söyləyib: “Qərbin Gürcüstanı bu formada qeyri-sabitliyə sürükləməsinin Azərbaycan üçün qəbuledilməzdir. Qərbin Gürcüstanla bağlı planının həyata keçməsi Cənubi Qafqazda sabitliyə böyük təhlükə yaradar. Aydındır ki, Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açılmasını istəyir. Bu isə Gürcüstanın Ukraynanın aqibətini yaşaması, ümumən regionda sabitlik üçün böyük təhlükə yaranması deməkdir. Nəzərə almaq lazımdır ki, əgər Qərb Gürcüstanda niyyətinə nail olarsa, özünü Qərbin forpostu kimi aparmağa başlayan Ermənistanda revanşizm meylləri artacaq”.

Oxşar xəbərlər

Fərman Borçalı: Sabit Gürcüstan həm də Azərbaycan üçün vacibdir
Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Tbilisidə beynəlxalq konfrans keçirilib - FOTO
Gürcüstanda "Xarici agentlər" qanunu bu gündən qüvvəyə minib
BMT Gürcüstanı “xarici agentlər haqqında” qanunu qəbul etməməyə çağırıb
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər