Konor Makqreqor prezident seçkilərində namizədliyini irəli sürəcək
Keçmiş Ultimate Fighting Championship (UFC) çempionu Konor Makqreqor gələn il İrlandiyanın prezidentliyi uğrunda mübarizə aparmaq planlarını açıqlayıb.
APA xəbər verir ki, bu haqda o özünün “X” hesabında yazıb.
"İrlandiyanın bütün İrlandiya xalqı tərəfindən qəbul edilən fəal prezidentə ehtiyacı var. Bu mənəm. Mən yeganə məntiqli seçiməm. 2025-ci ilə az qaləb ", - deyə o bildirib.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Makqreqor prezident postuna namizədliyini irəli sürə biləcəyini elan etmişdi.
İrlandiyanın prezidenti 83 yaşlı Maykl Hiqqinsdir. O, iki dəfə; 2011 və 2018-ci illərdə prezident seçkilərində qalib gəlib. İrlandiya Konstitusiyasına görə, bir nəfər iki dəfədən artıq prezident ola bilməz.
Oxşar xəbərlər
Konor Makqreqorun növbəti döyüşünün vaxtı bəlli oldu
İrlandiyanın Baş naziri Ukraynada rəsmi səfərdədir
Moldovanın hakim partiyası ölkə prezidentliyinə Sandunun namizədliyini irəli sürəcək
Kamala Harris vitse-prezident postuna namizədini müəyyənləşdirib
Tramp: Bayden yarışı tərk etdikdən sonra ölkəni idarə edə bilməz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







